Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Preziden­tin köməkçisi Naxçıvana gedib, müşavirə keçirib

Preziden­tin köməkçisi Naxçıvana gedib, müşavirə keçirib


Azər­baycan Preziden­tinin köməkçisi - Prezident Administra­siyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkov­nik Məhərrəm Əliyev Naxçıvan Muxtar Respublikasına (MR) səfər edib.

Newscenter.az-ın xəbərinə görə, Məhərrəm Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək abidənin önünə gül dəstəsi qoyub, ulu öndərin xatirəsini dərin ehtiramla yad edib.

Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində ümummilli liderin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxıb.

Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovla keçirilən görüşdə MR-da daimi dislokasiya olunan ordu, birləşmə və hərbi hissələrin maddi-texniki təminatı, şəxsi heyətin peşəkarlığının artırılması, xidməti-döyüş və məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə geniş fikir mübadiləsi aparılıb.

Əlahiddə Ümumqoşun Ordusu, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Əlahiddə Naxçıvan Briqadası, Dövlət Sərhəd Xidmətinin “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası və Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin, qoşun və birləşmə rəhbərlərinin iştirakı ilə xidməti müşavirə keçirilib və məruzələr dinlənilib.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tələb və tövsiyələrinə uyğun olaraq Silahlı Qüvvələrin döyüş qabiliyyətinin gücləndirilməsi, daha effektiv silah və döyüş texnikaları ilə təminatı, hərbi qurumlar arasında qarşılıqlı əlaqələrin daha da təkmilləşdirilməsi, beynəlxalq təlimlərdə iştirakın təmin olunması, hərbi qulluqçuların hüquqlarının müdafiəsi və sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində qarşıda duran tapşırıqlar diqqətə çatdırılıb.

Səfər çərçivəsində dövlət sərhədinə, qərargah binalarına, əsgər yataqxanalarına, tibb məntəqələri və digər hərbi obyektlərə, həmçinin bölmələrin silahlanmasında olan zirehli döyüş texnikasına, aviasiya eskadrilyasına və hərbi təyinatlı vasitələrə baxış və hərbi hissələrin şəxsi heyəti ilə görüşlər keçirilib.

Xidmətdə fərqlənən hərbi qulluqçulara növbəti rütbələr verilib və hədiyyələr təqdim olunub.
Xəbəri paylaş