Fars-molla rejiminin dövlət telekanalizasiyasında Azərbaycan-Türk dilində səsləndirilən mahnıda həm İsrail Dövlətinə həm də Azərbaycan Dövlətinə sərt mesajlar ünvanlanır. Mahnıda Azərbaycan haqqında səsləndirlən həmin bənd belədir:
“Yolundan çox azma
Əlinlə qəbrini qazma
Edir İran elan
Bunu bilsin Azərbaycan”.
İranın dövlət televizyasında yayımlanan bu görüntülər İranın Azərbaycana qarşı olan münasibətin göstəricisidir. Tarixi torpaqlarımızın bir hissəsinə sahib olmasına və 30 mln-na yaxın Azərbayncanlının İranda yaşamasına baxmayaraq niyə Azərbaycana qarşı belə bir mövqe sərgiləsin? Axı Azərbaycan Qəbələdəki Qəbələ RLS-ni qonşuluq münasibətlərinin pozulmamasına görə, İranın maraqlarına uyğun olmadığına görə ondan əldə olunan milyonlardan imtina edərək istismarını dayandırdı. Nəzərə alan da ki, həmin RLS ilə İran körfəzini belə nəzarətdə saxlamaq mümkün idi. Azərbaycan qonşuluq münasibətlərində İrana qarşı bu qədər həssas ikən niyə qarşılığında belə bir münasibət görsün?
İran İslam Respublikasının Konstitusiyasında İranın rəhbəri olan şəxsə verilən tələblər haqqında 109-cu maddənin 2–ci bəndində belə qeyd edilir: “İslam ümmətinə rəhbərlik üçün lazımınca ədalətli və təqvalı olmaq” yəni İranın rəbəri olan şəxsdə bu keyfiyyət olmalıdır. 30 il Azərbaycan torpaqlarını işğal edərək, o torpaqlarda olan dini ocaqlara qarşı təhqiramiz hərəkətlər edən, 1 milyon müsəlmanı doğma yurdundan didərgin salan bir dövlətə qarşı “Ermənistanın təhüləkizliyi bizim də təhlükəsizliyimizdir” bəyənatları ilə çıxış edən İran rəhbərliyi görəsən öz konstitusiyasına əməl edirmi?, suvağı qurumayan divara İran və Ermənistan bayraqları asmaqla tələm-tələsik Qafanda konsulluq açmaq və orda “Qafanlılar narahat olmasın.
Biz burdayıq” demək nə dərəcədə doğrudur? Həm də bunun Zəngilanda hava limanının açılışı gününə təsadüf etməsi həqiqətənmi təsadüfdür? Təbii ki xeyr. İranın Azərbaycana qarşı mövqeyi qonşuluq münasibətlərinə ziddir, dini baxımından yanaşanda, İran İslam Respublikasının Konstitusiyasından məsələyə baxanda, ümumiyyətlə istənilən siyasi, dini, hüquqi və s. aspektlərdə İranın Azərbaycana qarşı sərgilədiyi mövqeyi qərəzlidir, yanlışdır və bu bölgədə gərginliyi artırmağa, sülhə maneə olmağa xidmət edir.
Əli İbrahimov-hüquqşünas