90-cı illərin əvvələrində Azərbaycanda hər bir sahədə hərc-mərclik, özbaşınalıq, xaos, dövlət idarəçiliyində hakimiyyət uğrunda mübarizə, siyasi çəkişmələr hökm sürürdü. Eyni zamanda Ermənistanın Azərbaycana qarşı təcavüzü və torpaqlarımızın işğalı davam edirdi. Artıq vəziyyət o qədər çətin və ağır həddə çatmışdır ki, ölkəmiz müstəqil dövlət kimi dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Azərbaycanı belə çətin vəziyyətdən xilas etmək üçün yeni bir siyasi təşkilatın yaradılması mütləq tarixi zərurətə çevrilmişdi. Hər zaman olduğu kimi bu dəfə də Azərbaycan xalqının ümid yeri Ulu Öndərimiz, Ümumilli Liderimiz, Xalqımızın xilaskarı Heydər Əliyev idi. Məhz bu məqsədlə 1992-ci il oktyabr ayının 16-da 91 nəfər Azərbaycan ziyalısı yeni bir siyasi partiyanın yaradılması təşəbbüsü ilə Heydər Əliyev dühasına xüsusi müraciət ünvanladı. Hər zaman xalqının yanında olan, gecə-gündüz xalqı üçün çalışan Ümummilli Liderimiz Heydər Əliyev xalqın çağırışlarına səs verərək müraciəti qəbul etdi və Yeni Azərbaycan Partiyasının yaradılmasına, onun sədri olmağa razılıq verdi. Lakin o zamankı hakimiyyət Heydər Əliyevin Bakıya gəlməsinə maneələr yaradırdı. Bu səbəbdəndə partiyanı yaratmaq istəyən bir qrup- 550 nəfərdən ibarət təşəbbüs qrupu Naxçıvana gedərək partiyanın təsis konfransını orada keçirməyə müvəffəq oldular. Beləliklə, 1992-ci il noyabrın 21-də Heydər Əliyevin sədrliyi ilə keçirilmiş təsis konfransında Yeni Azərbaycan Partiyasının yaradılması haqqında qərar qəbul edildi və Heydər Əliyev yekdilliklə partiyanın Sədri seçildi. Bununla da ölkəmizin həyatında yeni və sürətli inkşaf dövrünün əsası qoyuldu.
Bunu Newscenter.az-a Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, Yeni Azərbaycan Partiyası yarandığı zamanda müxalifət partiyası olmasına baxmayarq böyük siyasətçi Ulu Öndərimiz Heydər Əliyevin rəhbərliyi altında xalqın sevgisini, inamını qazanaraq qısa müddət ərzində iqtidar partiyasına çevrildi:
“Tarixi zərurətdən yaranan, Azərbaycanın hər bir qələbəsində böyük payı və imzası olan, ölkəmizin inkşafına töhfə vermiş Yeni Azərbaycan Partiyası günbəgün, saatbasaat böyüyərək, inkşaf edərək Qafqazın ən böyük partiyasına çevrilmişdir. Dünyanın siyasi tarixində Yeni Azərbaycan Partiyası kimi qısa müddət ərzində iqtidar partiyasına çevrilən, avanqard, xalqın məhəbbətini qazanmış, ümid yerinə və ümumxalq partiyaya çevrilmiş bir partiyaya rast gəlinməmişdir. Bu gün Azərbaycanda mövcud olan xalq-iqtidar, xalq-YAP birliyi dünya ölkələrinə əsl nümunədir. Ötən 30 il ərzində çətin, uğurlu və şərəfli yol keçmiş Yeni Azərbaycan Partiyası Ulu Öndərimiz Heydər Əliyevin qeyd etdiyi kimi “dünənin, bu günün və sabahın partiyası” na çevrilərək 30 illik yubileyini Qalib Azərbaycanın Zəfər partiyası kimi qeyd edir.
Dövləti qurub yaratmaq nə qədər çətindirsə onu qoruyub saxlamaq da bir o qədər çətindir. Ümumilli Liderimiz Heydər Əliyevin Azərbaycan qarşısında ən böyük xidmətlərindən biri də İlham Əliyev kimi uzaqgörən, müdrik, dahi siyasətçi yetişdirməsi olmuşdur. Məhz möhtərəm prezidentimiz İlham Əliyev, Ümumilli Liderimiz Heydər Əliyevin bütün etimad və etibarını tamlıqla doğrultmuşdur. Ulu Öndərimizin başlatdığı bütün işləri yüksək səviyyədə davam etdirmiş, qarşıya qoyulmuş hədəflərə çatdırmış, Azərbaycanı dünyada öz gücü, qüdrəti və inkşafı ilə seçilən Qalib bir dövlətə çevirmiş, Ata vəsiyyətini yerinə yetirmişdir. Azərbaycanın əldə etdiyi hər bir uğurun əsasında Heydər Əliyev siyasəti və İlham Əliyev siyasəti dayanır. Bu gün Azərbaycan Heydər Əliyev və İlham Əliyev siyasəti nəticəsində dünyaya günəş kimi saçır. Düşmənlərimizi kor edən bu günəşin nuru Azərbaycanı uğurlara aparan yola şəfəq saçır. Yaşasın cənab prezidentimiz İlham Əliyev, var olsun Qalib xalqın Zəfər partiyası olan Yeni Azərbaycan Partiyası!”
Ruhiyyə