Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yekun sülh müqaviləsinin imzalanmasına bir addım da yaxınlaşmış olduq

Yekun sülh müqaviləsinin imzalanmasına bir addım da yaxınlaşmış olduq


Soçidə üçtərəfli görüşdə qəbul olunmuş Bəyanatı və ümumiyyətlə, bu görüşün nəticələrini Azərbaycan üçün uğurlu hesab etmək olar. Zatən biz bu görüşdən öncəki açıqlamalarımızda da qeyd etmişdik ki, İlham Əliyev Azərbaycanın maraqlarını qorumağı bacarır. Belə də oldu. Bu görüşdə Azərbaycan heç bir məsələdə geri çəkilmədi, güzəştə getmədi.

Hətta üçtərəfli görüşdən öncə Azərbaycan və Rusiya prezidentləri arasında baş tutan ikitərəfli görüşdə də İlham Əliyev qətiyyətli və prinsipial mövqe sərgiləyərək birmənalı surətdə bildirdi ki, "Qarabağ münaqişəsi həll olunub, bu konteksdə danışılacaq heç bir mövzu yoxdur". Bu mövqe biraz sonra keçirilən üçtərəfli görüşə də öz damğasını vurdu.

Ermənistan baş nazirinin görüş zamanı irəli sürdüyü təxribatçı xarakterli təkliflərin heç biri qəbul olunmadı. Əksinə, görüşün sonunda imzalanan üçtərəfli Bəyanatı imzalamaqla Nikol Paşinyan Azəbaycanın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığı prinsipini növbəti dəfə qəbul etməli oldu

Bu görüşün ən mühüm nəticəsi isə o oldu ki, Qarabağda yaşayan ermənilərin statusu məsələsi ümumiyyətlə, gündəmə gətirilmədi və bununla da bu məsələnin Azərbaycanın daxili işi olduğu faktı bir daha hər kəs tərəfindən qəbul edildi. Bütövlükdə bu görüşün nəticələrini sülhə doğru önəmli bir addım hesab etmək olar.

İndi yekun sülh müqaviləsinin imzalanmasına bir addım da yaxınlaşmış olduq. Azərbaycanın təklif etdiyi 5 prinsip əsasında sülh müqaviləsinin imzalanması üçün əlverişli imkanlar yaranmağa başlayır. Amma biz təkcə Soçi formatına deyil, Brüssel formatına da əsaslanmalıyıq. Ermənistan tərəfinin bu iki format arasında manevr etmək imkanlarını məhdudlaşdırmalıyıq. Paralel olaraq hər iki format çərçivəsində dominantlığımızı qoruyub saxlamalıyıq.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Xəbəri paylaş