Oktyabr ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 17 015 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.
Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 9 702 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 3 255 vətəndaş müraciət edib.
Newscenter.az xəbər verir ki, oktyabr ayında BŞTİ-yə 3 083 sənəd (vətəndaşlar tərəfindən 1 284 ərizə, Təhsil Nazirliyindən 374, digər qurumlardan 232, məktəblərdən 878 məktub və 315 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 975 elektron müraciətə baxılıb.
Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, təhsilalanların yerdəyişməsi, VII Könüllülük Proqramı, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul, informasiya təminatı və digər məsələləri əhatə edib.
R.Mehdiyeva