Əlcəzair və Azərbaycanı eyni oxşar tale birləşdirir, hər iki ölkə yüz ildən artıq dövr ərzində qanlı soyqırıma məruz qalıb. Azərbaycan erməni terrorizminin qurbanı olub, Əlcəzair isə Fransanın.
Fransa Əlcəzair xalqına qarşı çox dəhşətli qətliam törədərək 1,5 milyon insanı öldürüb. Ermənilər isə 100 minə yaxın azərbaycanlını qətl edib, ümumilikdə 200 mindən çox Türkü qanına qəltan edib.
Ona görə də Fransa və Ermənistanı eyni məslək, insanlıq əleyhinə ağlasığmaz cinayətlər birləşdirir.
Ona görə də, rəsmi Parisin “erməni sevgisi”nin kökündə bu rasizm ideologiyası dayanır.
Ona görə də, Makron hökuməti Ermənistanın faşizm siyasətini dəstəkləyir.
Cənab Prezident İlham Əliyevin ötən gün Əlcəzairə səfəri zamanı Şəhidlər abidəsini və Milli Mücahidlər Muzeyini ziyarət edərəkən yazdığı dəyərli terrorçu ölkələrin simasını əks etdirir.
Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxış edən Cənab İlham Əliyevin bəyan etdiyi kimi müasir dünya Fransa və Ermənistan terorrizminə laqeyd qalmamalıdır.
Bu iki ölkənin insanlıq əleyhinə qanlı cinayətləri, terror ideologiyası lənətlənməlidir.
Bu gün Əlcəzair və Azərbaycan Qürurlu, Ləyaqətli dövlətlər kimi inkişaf edir.
Hər iki ölkə Milli Ləyaqət və Zəfər Gününü qeyd edir.
Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki