Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"Heydər Əliyev və Şuşa " adlı intellektual bilik yarış keçirilib

"Heydər Əliyev və Şuşa " adlı intellektual bilik yarış keçirilib


Bərdə rayon İcra Hakimiyyətinin "İdeoloji maarifləndirmə konsepsiyası " ilə bağlı növbəti tədbiri Bərdə Heydər Əliyev Mərkəzi tərəfindən 1 noyabr 2022-ci ildə həyata keçirilmişdir.

Newscenter.az-a Rayon İcra Hakimiyyətindən bildirilib ki, Şuşa ili ilə əlaqədar Bərdə rayon Heydər Əliyev Mərkəzinin iş planına uyğun olaraq Heydər Əliyev irsinin təbliği və gənclərin vətənpərvərlik tərbiyəsi istiqamətində Ulu Öndər Heydər Əliyevin Şuşa şəhərinə səfərlərini də özündə əks etdirən "Heydər Əliyev və Şuşa " adlı intellektual bilik yarışı Bərdə regional "ASAN xidmət" mərkəzinin könüllüləri, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin tələbələrinin, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Bərdə nümayəndəliyinin könüllülərinin, Peşə Liseyinin tələbələrinin iştirakı ilə dörd komanda arasında aparılmışdır. Yarışdan əvvəl iştirakçılar Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə hörmət əlaməti olaraq Mərkəzin ekspozisiya zalında sərgilənən eksponatlarla tanış olmuşlar.

Tədbirdə Bərdə rayon Heydər Əliyev Mərkəzinin direktoru Arifət Əhmədova, Bərdə RİHB Aparatının İnformasiya təminatı və təhlili sektorunun aparıcı məsləhətçisi Şəmsiyyə Abbaszadə və Bərdə rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Avtab Cəbrayılova münsif qismində iştirak etmişlər. Yarışın yekununda "Dəmir yumruq " komandasının təmsilçiləri - Bərdə regional "ASAN xidmət " mərkəzinin könüllüləri I yer üzrə qalib elan edilərək kubok qazanmışlar. Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin təmsil olunduğu "Xarıbülbül " komandası II yerə , Bərdə Peşə Liseyinin təmsil olunduğu "Zəfər" komandası III yerə layiq görülmüşdür. İştirakçılar Bərdə rayon Heydər Əliyev Mərkəzinin təqdim etdiyi fəxri fərmanlarla təltif olunmuşdurlar.

Anar
Xəbəri paylaş