Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məşhur fotoqraf Reza Deqati məktəblilərlə görüşəcək

Məşhur fotoqraf Reza Deqati məktəblilərlə görüşəcək


“Məktəbdə...” layihəsinin növbəti görüşü noyabrın 4-də Bakı şəhəri 247 nömrəli tam orta məktəbdə keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı Milli Coğrafiya Cəmiyyətinin (National Geographic Society) Azərbaycan əsilli fransız fotoqrafı Reza Deqati olacaq.

Newscenter.az xəbər verir ki, görüşdə Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında səmərəli fəaliyyət göstərən, 44 günlük Vətən Müharibəsi zamanı Azərbaycan həqiqətlərini dünyaya yayan Reza Deqati Zəfər Günü ərəfəsində şagirdlərlə vətənpərvərlik, xalqa, torpağa bağlılıq hisslərinin aşılanmasında məktəbin rolu, yeniyetmələrdə təəssübkeşlik hisslərinin formalaşdırılması və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətirəcək.

Layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və Kaspi.az saytıdır.

Görüşü, həmçinin Baku TV, Media Türk və AzEdu Təhsil Portalı da işıqlandıracaq.

R.Mehdiyeva
Xəbəri paylaş