Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident: "Azərbaycan mina terrorundan əziyyət çəkir"

Prezident: "Azərbaycan mina terrorundan əziyyət çəkir"


"Azərbaycan mina terrorundan əziyyət çəkir".

Newscenter.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də Əlcəzairdə keçirilən Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxış edərkən deyib.

"Bizim hazırda əziyyət çəkdiyimiz məsələ odur ki, Ermənistan işğal zamanı 1 milyondan çox minanı torpaqlarımıza basdırıb. Müharibə bitdikdən sonra 260-dan çox Azərbaycan vətəndaşı minanın qurbanı olub və yaxud müxətlif dərəcəli bədən xəsarətləri alıb", - İlham Əliyev qeyd edib.

Dövlət başçısı azad edilən ərazilərdə bərpa və yenidənqurma işləri barədə də danışıb:

"Artıq biz öz şəhər və kəndlərimizə qayıtmışıq, onları yenidən qururuq, öz resurslarımız hesabına bərpa işləri ilə məşğuluq. Əfsuslar olsun, beynəxalq donor təşkilatlar bu işdə bizə yardım etmir. Biz özümüz bunu edirik".
Xəbəri paylaş