Noyabrın 11-də rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Samux, Daşkəsən, Göygöl, Xocalı, Şəmkir, Gədəbəy, Kəlbəcər rayonlarının, həmçinin Gəncə və Naftalan şəhərlərinin sakinlərini qəbul edəcək.
Newscenter.az nazirliyə istinadən xəbər verir ki, qəbul saat 10:00-da Göygöl şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (Hummel küçəsi, 2 ünvanında) keçiriləcək.
Vətəndaşlar nəqliyyat, telekommunikasiya, o cümlədən, internet, televiziya-radio yayımı və poçt xidmətləri ilə bağlı nazirə müraciət edə bilərlər.
Qəbula yazılmaq üçün noyabrın 10-na qədər nazirliyin Çağrı Mərkəzi (1655) və elektron poçtu ([email protected]), 010 2504848 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə müraciət etmək lazımdır.