Oktyabrın 31-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüş və görüşün nəticələri ölkəmizin milli maraqlarınının təmin olunduğu növbəti diplomatik qələbəmiz kimi tarixə həkk oldu. Hər zaman olduğu kimi Soçi görüşü də Azərbaycanın diktəsi ilə keçdi. Görüş zamanı ATƏT-in Minsk qrupunun adı çəkilmədi, “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi işlədilmədi və status məsələsinə toxunulmadı. Eyni zamanda ölkə başçısı, cənab Prezidentimiz İlham Əliyev qətiyyət və iradə nümayiş etdirərək bir daha Azərbaycanın haqlı mövqeyini bəyan etdi. Ali Baş Komandanımızın bu qətiyyəti və iradəsi Ermənistanın bütün xəyal və planlarının üstündən xət çəkmiş oldu. Bütün ümidləri puç olmuş Ermənistanın baş naziri Nikol Paşinyan Soçi görüşündə cənab Prezidentimiz İlham Əliyevin qüdrəti və Dəmir Yumruğunun qətiyyəti qarşısında aciz, məğlub durumda, mat vəziyyətində qalmışdı.
Bunu Newscenter.az-a Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, artıq Paşinyan və onun havadarları da yaxşı anlayır ki, yersiz bəhanələrə, zaman uzatmaq cəhdlərinə yer qalmayıb. Eyni zamanda Ermənistanın yeganə çıxış yolu və gələcək inkşafı Azərbaycanla sülh müqaviləsi imzalamaqdan keçir. Ermənistan rəhbərliyi atdığı hər bir addımın məsuliyyətini dərk etməli və bilməlidirki kiçik bir məsuliyyətsizlik Ermənistanın məhvinə gətirib çıxaracaqdır:
“Ümumilikdə Azərbaycanın diktəsi ilə keçən, milli maraqlarımızın təmin olunduğu Soçi görüşündə dünya, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Dəmir Yumruğunun gücünə, qətiyyətinə və diplomatik qələbəsinə şahidlik etdi.”
Ruhiyyə