Rusiyaya bağlı qüvvələr Xankəndinin ardından bu həftə İrəvanda da mitinq keçirəcəklər. Ermənistanın keçmiş prezidenti və Kreml sahibinin yaxın dostu Robert Köçəryan tərəfdarlarını noyabrın 5-də İrəvanda “Fransa meydanında” mitinqə çağırıb.
Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib. O bildirib ki, iKöçəryan mitinqdə çıxış edib baş nazir Nikol Paşinyana qarşı mübarizənin növbəti mərhələsini elan edəcək:
"Köçəryanın mitinqlə bağlı yayımladığı şüar da bundan ibarətdir: “Ümidsiz olmayaq. Mübarizə həm Arsaxda, həm də Ermənistanda davam etməlidir. Bizə qoşulun!”. Bu şüarın məqsədi Paşinyanla mübarizə olmaqla bərabər Azərbaycana qarşı təxribatların da anonsudur. Hazır olmalıyıq".