Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Blinken Türkiyəyə Taxıl Təşəbbüsünün bərpasını təmin etmək səylərinə görə təşəkkür edib

Blinken Türkiyəyə Taxıl Təşəbbüsünün bərpasını təmin etmək səylərinə görə təşəkkür edib



ABŞ dövlət katibi Entoni Blinken və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

Newscenter.az “Report”-a istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.

“Dövlət katibi Antoni J. Blinken bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə danışıb. Katib Blinken Rusiyanın razılaşmaya qayıtmasını təşviq etmək və Moskvaya BMT-nin vasitəçiliyi ilə əldə edilmiş razılaşmalara və qlobal ərzaq təhlükəsizliyini dəstəkləmək üzrə öhdəliklərinə davamlı sadiqliyin vacibliyini xatırlatmaqla ölkəsinin Qara Dəniz Taxıl Təşəbbüsünün bərpasını təmin etmək səylərinə görə xarici işlər nazirinə təşəkkür edib”, - N.Prays qeyd edib.

Bildirilib ki, tərəflər Rusiyanın Ukraynaya qarşı müharibəsinə cavab olaraq NATO-nun koordinasiya və birliyinin daha da yaxşılaşdırılması yollarını da müzakirə ediblər.
Xəbəri paylaş