Elnur Əli oğlu Əliyev Azərbaycan mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilib.
Newscenter.az xəbər verir ki, Prezident İlham Əliyev noyabrın 3-də bununla bağlı sərəncam imzalayıb.
Qeyd edək ki, E.Əliyev 2021-ci ilin sentyabr ayından mədəniyyət nazirinin birinci müavini vəzifəsində çalışırdı.