Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İnsanların dini duyğularını istismar etmək mənəviyyatsızlıqdır

İnsanların dini duyğularını istismar etmək mənəviyyatsızlıqdır


Allahın adından istifadə etməklə insanların dini duyğularını istismar etmək mənəviyyatsızlıqdır. Allahla, dinlə, islamla insanları aldatmağın islam dinində böyük günah olduğu hər kəs bilir.

Yəqin ki, bu təkcə mənim təvəqqəm, gileyim deyil. Söhbət islam dininin təbliğatçısı, carçısı kimi özünü təqdim edən, həqiqətdə isə əməlləri ilə adamı mat qoyan şəxslərdən və İran kimi dövlətdən gedir. Başqa sözlə, belələri dindar yox, dini anlayışı dar çərçivədə olanlardır. Qəbul edirəm ki, islam dininin incəlikləri, müqəddəs Qurani Kərimin surələrinin sirrləri bu vaxta qədər tam açılmamış qalır. Ömrünü bu işə həsr edən ilahiyyatçı alimlər həqiqətdən çox yozmalara varırlar. Bu barədə dinimizin dərinliyinə getmək haqqım yoxdur. Amma dərk etdiyim qədər, islam dini təmiz, əxlaqlı yaşam tərzi, nümunəvi insan, humanizm aşılayan, doğru yolun elə özü deməkdir. Ən əsas isə Allah xofunu dərk edərək pis əməldən çəkinməyə çalışmaqdır.

Baxmayaraq ki, bir qisimi özünə sərf edən kimi yeni qaydalar kəşf edir, başqalarını da bu dini “əməllərə” tabe etdirməyə çalışırlar. Bax elə götürək, islam dininin vacib ibadəti sayılan namazı. İnanın ki, adam var ki, namaz qılmağını hardasa reklam edir, hər fürsətdə belə edirəm, elə edirəm deyə-deyə özünü bir növ yaxşı insan olmağına inandırmağa çalışır. Belə halda başqalarına yuxarıdan aşağı baxır, elə bil biz günah dənizində üzürük, o isə tərtəmizdir. Ya eləsi var ki, namazı öyuncağa çevirib. Bu boyda məsuliyyətli, tədbirli əməli istədiyi, kefi gəldiyində yerinə yetirir. Soruşanda, bəhanələr gətirilir. Sözsüz, başqasının ibadəsinə söz demək özü də doğru iş deyil, amma belələrinin kor-koranə başqalarına da dərs deməsi adama pis təsir edir.

İslam dininin yolçusu olan nadir insan öz fərdi (pis hesab etdiyimiz xüsusiyyətləri) xüsusiyyətlərində yaxşı mənada dəyişiklik edə bilər. İslam dinində heç nəyə məcburiyyət yoxdur. Özünüzü “dindar” kimi yox, “dardinçi” kim göstərmək nəyə lazımdır? Dini gözdən salmaq, Allah adından çirkinliyə imza atmağın da, yəqin öz günahı var. İstədiyiniz qədər haramzadalıq, hiyləgərlik, fitnəkarlıq edin də, onsuzda ətrafda belələri kifayət qədərdir. Amma dini özünüzə alət etməyin, islama dəvəti bacarmırsınızsa, onun haqqında təssəvvür olmayanı da çəkindirməyin.

Əli İbrahimov-hüquqşünas
Xəbəri paylaş