Paytaxtın Səbail rayonu, Badamdar qəsəbəsi, S.Məmmədov küçəsində keçən 91 Səbail rayon Şəhidinin əziz xatirələrinin əbədiləşdirilməsi məqsədilə yenidən qurulmuş “Şəhidlər” abidə kompleksinin açılışı olub.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Milli Məclisin deputatı Nigar Arpadarai verib. Millət vəkili bildirib ki, onlar Birinci və İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərdir.
“Şəhidlər” abidə kompleksinin açılış mərasimində rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, millət vəkilləri, şəhidlərin yaxınları və ictimaiyyət nümayəndələri iştirak edib.
Anar