Tovuz rayon sakini Bakıda kirayə qaldığı evdə intihar edib.
Newscenter.az "Report"-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, C.Naxçıvanski küçəsində qeydə alınıb.
Belə ki, 1989-cu il təvəllüdlü Məmmədov Röyal Yaşar oğlu kirayədə yaşadığı evin mətbəx otağında qaz borusuna keçirilmiş iplə boğazından asaraq özünü öldürüb.
Həmin şəxsin "8 km bazarı"nda meyvə-tərəvəz satışı ilə məşğul olduğu bildirilib.
Hadisə ilə bağlı Nizami rayon prokurorluğunda araşdırma aparılır.