Vaşinqtonda ABŞ-ın dövlət katibi Entoni Blinken, Azərbaycanın xarici işlər Ceyhun Bayramov və Ermənistanın XİN başçısı Ararat Mirzoyan arasında üçtərəfli görüş keçiriləcək.
Newscenter.az-ın məlumatına görə, “Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu A.Mirzoyan bildirib.
Lakin o, görüşün dəqiq tarixini açıqlamayıb.
“Görüş bir neçə günə baş tutacaq”, - nazir söyləyib.