Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Zəfərin mübarək, Azərbaycan!” adlı tədbir keçirilib

“Zəfərin mübarək, Azərbaycan!” adlı tədbir keçirilib


Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisəsində “Zəfərin mübarək, Azərbaycan!” adlı tədbir keçirilib.

Newscenter.az xəbər verir ki, Bakı şəhəri 10 nömrəli tam orta məktəbdə təşkil olunmuş tədbirdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısının müavini İldırım Mehdiyev, YAP Nizami Rayon Təşkilatının sədr müavini Rəşadət Xalıqov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami Rayon İdarəsinin rəis müavini polkovnik-leytenant Hikmət Əliyev, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, şəhid ailələri, qazilər, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak ediblər.

Öncə şagirdlər tərəfindən hazırlanmış fləşmob nümayiş olunub.

Daha sonra tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan 10 nömrəli tam orta məktəbin direktoru Şəfayət Orucova möhtəşəm qalibiyyətin əldə edilməsində müasir hərbi biliklərə və döyüş bacarıqlarına sahib, qəhrəman Azərbaycan əsgər və zabitlərinin əvəzsiz rolu olduğunu diqqətə çatdırılıb.

BŞTİ-nin müdiri Mehriban Vəliyeva Azərbaycan əsgərinin rəşadəti və xalqımızın birliyi nəticəsində 8 noyabr 2020-ci ilin şanlı tariximizə Zəfər Günü kimi daxil olmasından bəhs edib. Bildirib ki, Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda başladığı Vətən Müharibəsi, Azərbaycan Ordusunun Zəfər yürüşü və dünya hərb tarixində açdığı yeni səhifənin təbliği, gələcək nəsillərə tanıdılması üçün hər kəs öz cəbhəsində töhvələr verməyə çalışır.

Digər çıxış edənlər 30 il davam edən işğala son qoyulması, ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, məcburi köçkünlərə doğma yurdlarına qayıtmaq imkanlarının yaradılmasını müasir tariximizin ən möhtəşəm hadisəsi olduğunu bildiriblər.

Şəhid Xudayar Yusifzadənin anası Radə Qurbanova şəhidlərimizin vətən sevgisindən, döyüşlərdə göstərdikləri şücaətlərindən danışıb, onlarla qürur duyduğunu söyləyib. Bildirib ki, Vətən uğrunda canından keçən bütün şəhidlərin xatirəsinin daim qəlblərdə yaşayacağını, onların göstərdiyi fədakarlıqların, qəhrəmanlıqların heç zaman unudulmayacağını bildirdilər.

Tədbir şagirdlərin ifasında şanlı zəfərimizdən bəhs edən ədəbi-bədii kompozisiyalarla davam edib.

R.Mehman
Xəbəri paylaş