“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin bütün strukturları 8 Noyabr - Zəfər Günü və 9 Noyabr – Dövlət Bayrağı Günü ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq.
Newscenter.az xəbər verir ki, bununla bağlı Bakı-Gəncə-Bakı istiqamətində artan sərnişin tələbatını nəzərə alaraq, xətt üzrə iki əlavə reys təyin edilib.
Əlavə olunan bir reys 6 noyabr tarixində saat 08:15-də Bakıdan yola düşəcək və Gəncəyə saat 11:55-də çatacaq. İkinci əlavə reys 9 noyabr tarixində saat 17:30-da Gəncədən yola düşəcək və saat 21:05-də Bakıya çatacaq.
Qeyd edək ki, Bakı-Gəncə-Bakı sürətli sərnişin qatarının cari qrafikində heç bir dəyişiklik edilmir. Yəni, hər gün saat 08:45-də Bakıdan yola düşən qatar saat 12:25-də Gəncəyə, Gəncədən isə saat 18:00-da yola düşən qatar saat 21:35-də Bakıya çatır.
Xatırladaq ki, Bakı-Sumqayıt-Bakı elektrik qatarları isə bayram günlərində istirahət günlərindəki qrafikə uyğun hərəkətdə olacaqdır.