Azərbaycanda partiya sədrlərinin psixoloji durumunun yoxlanılması təklif edilir.
Newscenter.az-ın xəbərinə görə, bu təkliflə Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ictimai müzakirəsi zamanı çıxış edib.
O bildirib ki, bu məsələ ilə əlaqədar bir sıra amillərə diqqət edilməlidir: “Hesab edirəm ki, biz bunu etməklə ölkəmizin siyasi mühitini qoruya bilərik. Ona görə də “Siyasi partiyalar haqqında” yeni qanun layihəsində bu barədə müddəanın əksini tapması vacibdir”.