Yaxın iki həftə ərzində Azərbaycanda televiziyaların reytinqini ölçmək üçün yaradılmış yeni şirkət ictimaiyyətə təqdim ediləcək.
Newscenter.az "Report"-a istinadən xəbər verir ki, bunu Bakıda "Audiovizual media məkanında reklam fəaliyyəti" mövzusunda keçirilən seminarda Audiovizual Şuranın sədri İsmət Səttarov bildirib.
"Bununla da, uzun illərdən sonra Azərbaycanda reytinqlərin ölçülməsi ilə bağlı problem həllini tapacaq. Bu sahədə müasir texnologiyalardan istifadə olunacaq", - o deyib.