İkinci Qarabağ müharibəsindəki parlaq qələbədən sonra Azərbaycan dünyada öz inkşafı ilə yanaşı nüfuzu günbəgün artmaqda olan qüdrətli, qalib ölkə kimi tanınır. Ölkəmiz dünya dövlətləri ilə mövcud əməkdaşlığı daha da inkşaf etdirir, yeni-yeni əlaqələr yaradır, dünya miqyaslı layihələrə ev sahibliyi edir, böyük enerji layihələri həyata keçirir. Eyni zamanda Azərbaycan, beynəlxalq təşkilatlar da yaxından və fəal əməkdaşlıq edir, sülhə və inkşafa hesablanmış təşəbbüslərlə çıxış edir. Ölkəmiz tərəfindən irəli sürülən bütün təşəbbüslər dünya ölkələri tərəfindən təqdir edilir və dəstəklənir. Ölkə başçımız, cənab Prezidentimiz İlham Əliyevin zərgər dəqiqliyi ilə ölçüb biçdiyi, müdrik, uzaqgörən xarici siyasətin nəticəsidir ki, bu gün dünya ölkələri Azərbaycanla əməkdaşlıq etməyə can atır və ölkəmiz tərəfindən həyata keçirilən layihələrdə iştirak etməkdə maraqlıdırlar.
Ölkə başçısı, cənab prezidentimiz İlham Əliyevin Əlcəzairdə keçirilən Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında iştirakı, ölkəmizin dünya miqyasındakı nüfuzunun göstəricisi olmaqla yanaşı, eyni zamanda təşkilat ölkələri ilə mövcud olan əlaqələrin inkşafına böyük töhfə verəcək. Səfər çərçivəsində cənab Prezidentimiz İlham Əliyev Əlcəzairdə “Şəhidlər abidəsi”-ni, “Milli Mücahid Muzeyi”-ni ziyarət edərək Əlcəzair xalqının Fransa müstəmləkəsinə qarşı apardığı mübarizə tarixinə aid geniş eksponadlarla tanış oldu. Azərbaycan Lideri Fransanın müstəmləkəsi altında qalan Əlcəzairdə qətlə yetirilən 1 milyondan artıq yerli sakinin xairəsini yad edərək muzeyin Xatirə kitabına ürək sözlərini qeyd etdi. Cənab Prezidentimiz İlham Əliyevin Əlcəzairə səfəri Fransanın işğalçılıq siyasətinin növbəti sübutu oldu. Eyni zamanda bütün bunlar Fransanın özü kimi işğalçı olan Ermənistana dəstəyinin izahıdır.
Bunu Newscenter.az-a Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, toplantıda Qoşulmama Hərəkatının sədri kimi iştirak edən Azərbaycan Prezidenti cənab İlham Əliyevin çıxışı byük maraqla dinlənildi. Çıxışı zamanı Azərbaycanın təkbaşına BMT qətnamələrini icra etdiyini qeyd edən möhtərəm prezidentimiz İlham Əliyev münaqişələrə yanaşmalarda ikili standarta son qoyulmalı və işğalçını öz adı ilə çağrılmalı olduğunu xüsusi vurğuladı. Eyni zamanda cənab prezidentimiz öz çıxışında Azərbaycanın İslam həmrəyliyi istiqamətində həyata keçirdiyi fəaliyyəti haqqında məlumat verdi:
“Ümumilikdə Azərbaycan Respublikasının prezidenti cənab İham Əliyevin Əlcəzairə səfəri və səfər çərçivəsində Zirvə toplantısında iştirakı Azərbaycanla Ərəb Dövlətləri Liqası təşkilatına üzv olan ölkələr arasındakı əlaqələrin inkşafında xüsusi rol oynayacaq.”
Ruhiyyə