“Dünən BMT-nin Baş katibi Antonio Quterreşlə telefon danışığımda Rusiya ilə Ukrayna arasında davam edən müharibə nəticəsində yaranan ərzaq böhranını müzakirə etdik”.
Newscenter.az "Report"-a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O söyləyib ki, kasıb ölkələrə dəstək davam etməlidir: “Rusiya Prezidenti Vladimir Putin təklif edib ki, Rusiya taxılı ödənişsiz olaraq kasıb ölkələrə göndərilsin. Bununla bağlı onunla razılaşdıq. Etməli olduğumuz budur”.
R.T.Ərdoğan xatırladıb ki, noyabrın 13-14-də keçiriləcək G-20 sammitində bu məsələ müzakirə olunacaq.