Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İran parlamenti sədrinin Azərbaycanda qəbulundan imtina edildi

İran parlamenti sədrinin Azərbaycanda qəbulundan imtina edildi


Rəsmi Bakının hazırki durumda İran parlamentinin sədri Məhəmməd Baqir Qalibafın Azərbaycanda qəbulundan imtina etməsi doğru qərardır.

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib. O bildirib ki, bundan əvvəl prezident İlham Əliyevin Tehrana səfərdən imtinası da anlaşılandır:

"Rəsmilərin bu səfərlərdə münasibətlərin indiki gərgin dövründə “dost və tərəfdaşlıqdan” danışması inandırıcı görünməyəcək. Adətən ölkələr arasında münasibətlərdə problemlər yarananda müzakirələr aşağı səviyyədə davam edir. Əgər aşağı səviyyədə aparılan danışıqlarda ortaq məxrəcə gəlinərsə qarşılıqlı səfərlərə və rəsmilərin görüşlərinə də ehtiyac yaranar. İndiki şərtlər altında isə bu mümkün deyil".

Politoloq deyib ki, İran parlamentinin sədrinin Azərbaycan əvəzinə Ermənistana səfər etməsi təbiidir:

"Çünki, Tehranın bölgədə dostu və tərəfdaşı Ermənistandır".

Mehman
Xəbəri paylaş