Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İnsanların harmoniyasını pozan “Harmoniya” Şirniyyat Evi

İnsanların harmoniyasını pozan “Harmoniya” Şirniyyat Evi


Bakı şəhər, Binəqədi rayonu, Rəşid İsmayılov 11 D ünvanındakı 16 mərtəbəli yaşayış kompleksinin çoxsaylı sakinləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci-Vitse-Prezident Mehriban xanım Əliyeva, baş nazir Əli Əsədov, eləcə də digər bir qrup nazirlik və komitə rəhbərinəmüraciət ünvanlayıblar.

Bu barədə Newscenter.az-a məlumat verən müraciət müəlliflərindən Nəzrin Məmmədova sözügedən ünvanda çoxsaylı problemlərlə üzlışdiklərini, bu səbəbdən dövlət başçısı və digər rəsmi şəxslərə müraciət ünvanladıqlarını söyləyib:

"Bizim yaşayış kompleksinin həyətində “Harmoniya” Şirniyyat mağazası və yaşayış kompleksinin özündə yerləşən “Army market” fəaliyyət göstərir. “Harmoniya” Şirniyyat mağazasının və “Army market”-in öz daxilində açılan şirniyyat sexininin havalandırma sistemi olmadığından oradakı pis iy, qoxu yaşayış kompleksinin 16-cı mərtəbəsinə kimi yayılır. Bu obyektlərdən çıxan qoxu üzündən pəncərələrimizi aça bilmirik. Bütün bu qoxu mənzillərimizə qədər yayılır. “Harmoniya” Şirniyyat mağazasının havalandırma borusu yoxdur. Mağazadan birbaşa həyətə sovrulur".

Nəzrin Məmmədova onu da bildirib ki, “Army market”-in üstündə “Nağıl Kids” uşaq baxçası fəaliyyət göstərir. Oradan çıxan pis qoxu uşaqları da narahat edir:

“Army market”-in öz daxilindəki şirniyyat sexinin vaxtilə möcud olmuş borusu məhz bu uşaq baxçasının açılması səbəbilə ləğv edilmişdir. Bərbad, yarımçıq havalandırma borusu ilə sexdəki qoxunun bir qismini birbaşa həyətə, bir qismini isə binanın zirzəmisinə yayılır. MTK-nın zirzəmisində gizli fəaliyyət göstərən şirniyyat sexinə qanunsuz qaz xətti də çəkilib. Bütün bunlardan əlavə parkovka edilən avtomobillərə görə MTK-nın həyətdə addım atmağa yer yoxdur. MTK-nın zirzəmisində çox sayda qaraj olduğu halda uşaqlarımızın həyətyanı sahəsi üçün zəbt edilməlidir?".

Müraciət müəllifləri dövlət başçısı və digər müvafiq şəxslərdən xahiş edirlər ki, sözügedən problemlərlə əlaqədar müvafiq ölçü götürülsün.



P.S.Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Xəbəri paylaş