Bu günlər Azərbaycan xalqı tariximizə qızıl hərflərlə yazılmış 8 noyabr Zəfər Bayramının 2-ci ildönümünü qeyd edir. Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanımız, cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında 21-ci əsrin müharibəsini apararaq Ermənistan ordusunu biabırçı və ağır məğlubiyyətə uğratdı və özü təkbaşına BMT qətnamələrini icra etdi. İkinci Qarabağ müharibəsində qazandığımız parlaq qələbə Azərbaycan Ordusunun gücünün, qüdrətinin və humanistliyinin dünyaya nümayişi olmaqla yanaşı qürurumuzu özümüzə qaytardı, bizləri qalib xalqa çevirdi. Əlbətdə bu qələbə Azərbaycan prezidenti cənab İlham Əliyevin illər ərzində həyata keçirdiyi siyasətin nəticəsi idi. Cənab Prezidentimiz İlham Əliyevin illər ərzində hər bir sahədə apardığı müdrik və uzaqgörən siyasətin nəticəsində işğaldan azad edilmiş torpaqlarımızı heç zaman görməyən Azərbaycan gəncləri Ali Baş Komandanımızın bir əmri ilə torpaqlarımızı işğaldan azad etdi. Eyni zamanda cənab Prezidentimizin diplomatik sahədə zərgər dəqiqliyi ilə ölçüb biçərək həyata keçirdiyi siyasətin nəticəsində Azərbaycanın haqq səsi dünyaya çatdırıldı və erməni yalanları ifşa olundu.
Bunu Newscenter.az-a Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Sədaqət Vəliyeva bildirib ki, bu gün işğaldan azad olunmuş ərazilərimizdə sürətli bərpa qurucluq işləri həyata keçirilməkdədir. Erməni faşistlər tərəfindən viran qoyulmuş Qarabağımız humanist və sülhsevər Azərbaycan dövləti tərəfindən cənnətə çevrilməkdədir:
“Lakin bizlər bundan sonra daha diqqətli və məsuliyyətli olmalıyıq. Cənab prezidentimiz İlham Əliyevin uzaqgörən, müdrik siyasəti, şəhidlərimizin qanı, qazilərimizin canı, əsgər və zabitlərimizin qəhrəmanlığı hesabına əldə olunmuş bu qələbəni və birliyimizi qorumaq hər bir Azərbaycan vətəndaşının borcudur. Bizlərə bu qələbəni bəxş edən, bizi qalib xalqa çevirən şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa, ordumuza güc-qüvvət diləyirik. Uca Tanrı xalqımızı və cənab prezidentimiz İlham Əliyevi qorusun! Zəfər bayramınız mübarək!”
Ruhiyyə