Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İranın din və məzhəb üzərindən yürütdüyü ikiüzlü siyasət

İranın din və məzhəb üzərindən yürütdüyü ikiüzlü siyasət


İranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlər, onun Azərbaycandan daha çox ehtiyyat etməsinin göstəricisidir. Əslində İranın kiçik ölkələrə təsir etmə mexanizmi yox deyil. Amma, Azərbaycana gəlincə bu iş İran üçün bir az çətin görünür. Çünki, Azərbaycanın durumu buna imkan vermir. İranın ölkəmizə qarşı, məzhəbçilik üzərindən təsir etmə cəhdləri zaman -zaman olub. Azərbaycanın gördüyü tədbirlər nəinki bu cəhdləri dəf edə bilib, hətta İranın din və məzhəb üzərindən yürütdüyü ikiüzlü siyasətini açıb göstərə bilmişdir. Artıq Azərbaycanda İranın səmimiyyətinə inanan az adam tapmaq olar.

İranda yaşayan 40 milyona yaxın soydaşımızın İran üçün bütün dönəmlərdə təhlükəli amil olaraq qalması, İranı Azərbaycana qarşı ehtiyatlı olmağa məcbur edir. Azərbaycanın iqtisadi və siyasi maraqları İranla müqayisə olunmaz dərəcədədir. Azərbaycan dunyaya inteqrasiya etmiş ölkələrdən sayılır. Enerji bazarlarına çıxışına qadağa yoxdur və paralel olaraq bütün sahələrdə inkişaf etmiş ölkələrin təcrübəsini nəzərə alır. İranın məhz Azərbaycana qarşı Ermənistanın yanında durması onun ölkəmizə qarşı digər təsir mexanizmlərinin olmamasından irəli gəlir. Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanmasından sonra,

İran bu imkandan da məhrum qalacaq. Zəngəzur dəhlizinin reallaşmasına qarşı çıxan İran, Ermənistanı Laçın yolunun bağlanması prosesində xilas edə biləcəkmi? Bunun üçün də, Azərbaycan və Ermənistan arasında bağlanacaq yekun sülh sazişi , İranın əl ayağını birdəfəlik bağlayacaqdır.

Çingiz Şahbazi-siyasi ekspert
Xəbəri paylaş