“Davamlı İnkişafa Doğru” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Kiçik və orta biznesin inkişaf mexanizmləri” istiqamətində sahibkarların maarifləndirilməsi mövzusunda layihənin icrasını davam etdirir.
Newscenter.az xəbər verir ki, layihənin əsas məqsədi bazar iqtisadiyyatının prioritet istiqamətlərindən olan mikro, kiçik və orta biznesin yaradılması, genişləndirilməsi, hüquqi və maliyyələşmə mexanizmləri, sahibkarlığın inkişaf yolları, biznesdə rəqabət münasibətlərinin formalasması, məhsulun keyfiyyətinin yüksəldilməsi və çesidinin genisləndirilməsi, rəqabətqabiliyyətli məhsul istehsalı, yerli xammal mənbələrinin mənimsənilməsi və istifadəsi, bazar araşdırması və bazarın seqmentasiyası, sahibkarların hüquqlarının qorunması, sahibkarlara dövlət dəstəyi, maliyyələşmə mənbələrinə çıxış imkanları və s. istiqamətində mikro, kiçik və orta sahibkarlıq subyektlərinin maarifləndirilməsi, onların bilik və bacarıqlarının artırılmasıdır.
Bu məqsədlə bağlı layihə çərçivəsində “Mikro, kiçik və orta biznesin inkişaf mexanizmləri” kitabı nəşr edilmişdir. Kitabda müəyyən səbəblərdən biznesini dayandırmış və yenidən biznes təşkil etmək istəyən, eləcə də hazırda fəaliyyət göstərən və biznesini daha da genişləndirmək arzusunda olan sahibkarlara bazarın tələblərinə uyğun yeni biznes sahələri yaratmaq və onları necə inkişaf etdirmək istiqamətində məsləhətlər öz əksini tapmışdır.
Bütün sahibkarlar, eləcə də yeni biznesə başlamaq istəyən şəxslər də kitabdan faydalana bilər.
Bundan əlavə, layihə çərçivəsində “Biznesini qur” adlı internet səhifə fəaliyyətə başlamışdır (https://www.facebook.com/profile.php?id=100086984416435). Bu səhifə vasitəsi ilə yeni biznes yaratmaq, biznesini inkişaf etdirmək istəyən şəxslər onları maraqlandıran suallarla səhifəyə müraciət edə bilərlər. Suallar təşkilatın müvafiq əməkdaşı tərəfindən cavablandırılacaqdır.
Nəzərinizə çatdırmaq istəyirəm ki, nəşr olunmuş “Mikro, kiçik və orta biznesin inkişaf mexanizmləri” adlı maarifləndirici vəsait müvafiq qurumlara pulsuz paylanılır. Vəsaiti əldə etmək istəyənlər aşağıdakı əlaqə telefonları və elektron ünvan vasitəsi ilə müraciət edə bilərlər.
Əlaqə tel: (055) 758 28 00
e-mail: [email protected]