"Hazırda Bəlucistanda baş verənlər göstərir ki, qərb İranda hakimiyyəti dəyişməkdə çətinlik çəkir. Yəni onlar mərkəzi hakimiyuəti ələ ala, rejimi dəyişə bilməsələr onda münaqişələr, uzun müddətli xaos strategiyasına üstünlük verəcəklər".
Bu fikirləri Newscenter.az-a tarixçi Rəfail Eminov səsləndirib. O bildirib ki, Kürdistan, Əhvaz, Azərbaycanda əhali nəzarəti əlinə alaraq üsyan bayraqlarını qaldıracaq:
"Görünür İslam rejimi Çindən və Rusiyadan əsaslı dəstək alacaq. Belə olan halda Qərb parçala, hökmranlıq et kimi qədim prinsiplə hərəkət etmək məcburiyyətində qalacaq. Lakin İranda mərkəzi hakimiyyətə öz adamlarını gətirə bilmədikləri kimi bu siyasətdə də ehtiyatlı olmalıdırlar".
Tarixçi qeyd edib ki, Azərbaycanın üsyana qoşulmasını qərbdə istəmirlər:
"Bizim xalq onların qara siyahısındadır. İstənilən vaxt onların siyasəti burada faş ola bilər".