Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Siyasi partiyaların problemləri o qədər çoxdur ki,...

Siyasi partiyaların problemləri o qədər çoxdur ki,...


Siyasi partiyalar haqqında qanun layihəsi ətrafında dinləmələr zamanı, deputat Asim Mollazadə özünə məxsus şəkildə təklif irəli sürüb. O deyib ki, siyasi partiyaların rəhbərlərinin psixoloji durumları yoxlanılmalıdır.

Əslində qəbul edilməsi gözlənilən siyasi partiyalar haqqında yeni qanun layihəsi, ölkənin gələcəyi və hazırkı durumu üçün vacibdir. Amma məsələ burasındadır ki, ölkədə fəaliyyət göstərən siyasi partiyaların problemləri o qədər çoxdur ki, Asim Mollazadə kimi deputatlar bu problemləri ört basdır etmək üçün, əsas diqqəti tamamilə lazımsız istiqamətə yönəldməklə məşğuldurlar. Əslində vaxt aşıraraq əsas məqsədlərdən yayınmaqla görəvli olduğunu göstərir.

Doğrudur, siyasi partiyaların funksionerləri ona lazım olan cavabı verdilər. Maraqlı burasıdır ki, Asim Mollazadə və bu qəbildən olan əski cəbhəçilər nə üçün belə yanaşmaları ilə, hüquqi əsası olmayan nəzəriyyələr irəli sürürlər? Deputat olmaq və yaxud da qalmaq üçün bu lüzumsuz düşüncələr əsasmı götürülməlidir?

Çingiz Şahbazi
Xəbəri paylaş