Tarixi zəfərimizin ikinci ildönümü ərəfəsində Milli Məclisin deputatı Nigar Arpadarai Səbail rayonundan olan şəhid Yusif Budaqov və Fərid Əliyevin ailələri ilə görüşüb.
Newscenter.az xəbər verir ki, bu barədə millət vəkili özünün facebook sosial şəbəkə hesabında məlumat verib. Nigar Arpadarai şəhid valideynlərinin problemləri və qayğıları ilə maraqlanıb.
Nigar Arpadarai bildirib ki, hər iki Şəhidimiz Cənab Prezidentin sərəncamı ilə 3-cü dərəcəli "Vətənə Xidmətə görə" ordeni ilə təltif edilən qəhrəman Şəhidlərimiz sırasındadır. Həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında Səbail rayonunun Şəhidləri Məmmədli Cəmil, Şükürlü Nicat, İsmayılov Orxanın da adları var.
Anar