İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Kültür Dərnəyi (İSTAD) tərəfindən Qarabağ zəfərinin 2-ci ildönümü münasibətilə Kadıköydə bayram tədbiri keçirilib.
Newscenter.az xəbər verir ki, proqramı İSTAD-ın vitse-prezidenti Metin Yıldırım açıb. Kadıköydəki dərnəyin mərkəzində baş tutan tədbirdə əvvəlcə Qarabağda şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilib, ardından İstiqlal Marşı və Azərbaycan Himni oxunub. Sonra şəhidlərin ruhuna Quran-Kərim oxunun.
İSTAD prezidenti Sefer Karakoyunlunun ev sahibliyi etdiyi proqrama müxtəlif QHT-lər və onların rəhbərləri qatılıb.
TADEF-in sədr müavini Pərviz Məmmədzadə, İstanbul Azərbaycan Dostluq Dərnəyi Dr. Hülya Ağasoy, TDSP sədri Serdar Şahin və Kartal Bələdiyyəsi Başçı Vəkili Gülcemal Fidan, Ardahan İl Dərnəyi Fəxri Başçısı Əhməd Demirbaş, İSTAD Qadın Qolları Başçısı Nebahat Ayrım Kirman günün məna və əhəmiyyəti ilə bağlı çıxış ediblər.
İSTAD Başçısı Sefer Karakoyunlu xoşbəxt gün keçirdiklərini ifadə edərək, "30 ilə yaxındır ki, Azərbaycanın hər zaman meydanlarda, salonlarda, dərnək mərkəzlərində dərd-sərini çəkmişik. Bu gün də bu xoşbəxtliyi sevinclə birlikdə paylaşırıq"
Qarabağ Qələbəsinin 2-ci ildönümü münasibətilə toplaşdıqlarını xatırladan Qaraqoyunlu şəhidlərə rəhmət, qazilərə isə tezliklə şəfa diləyib.
Azərbaycan torpaqlarının 20 faizinin 44 günlük Vətən müharibəsinə qədər dünyanın gözü qarşısında işğal altında olduğunu dilə gətirən Qaraqoyunlu bildirib ki, dünya ictimaiyyətinin bir qismi bu işğal qarşısında kor və kar olsa da, həmin ərazilərin işğaldan azad edilməsi məqsədilə heç bir addım atmayıblar. Təşkilat sədri deyib ki, işğal olunmuş torpaqlar böyük qəhrəmanlıqlar nəticəsində azad edilib. Səfər Qaraqoyunlu bu prosesdə Türkiyə Cümhuriyyətinin mənəvi dəstəyini də xüsusi qeyd edib.