Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan həştəqi tviterin dünya trendində 1-ci yerə yüksəlib

Azərbaycan həştəqi tviterin dünya trendində 1-ci yerə yüksəlib


8 noyabr Zəfər Günü ilə əlaqədar çoxsaylı paylaşımlara görə #Azerbaijan həştəqi tviterin dünya trendində 1-ci yerə yüksəlib.

Newscenter.az xəbər verir ki, ikinci yeri #KarabakhisAzerbaijan, üçüncü yeri isə #Shusha həştəqi tamamlayıb.

Qeyd edək ki, 8 noyabr Azərbaycanda Zəfər Günü kimi qeyd edilir. Bununla bağlı sosial şəbəkələrdə çoxsaylı təbrik paylaşımları edilir. 2020-ci ilin 8 noyabrında Vətən müharibəsində qələbənin ikinci ildönümü münasibətilə bayram tədbirləri təkcə respublikamızda deyil, ölkəmizdən xaricdə də keçirilir.
Xəbəri paylaş