Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənilər Rusiya və Qərbdən daha çox İrandan dəstək alırlar-VİDEO

Ermənilər Rusiya və Qərbdən daha çox İrandan dəstək alırlar-VİDEO


“Çox təəssüflər olsun ki, ermənilər yenə də sülh müqaviləsinin imzalanmasını uzatmağa, ona mane olmağa çalışırlar. Bu günlərdə Ruben Vardanyanın separatçıların dövlət naziri təyin olunması bunun əyani sübutudur”.

Newscenter.az xəbər verir ki, bu fikirləri sabiq millət vəkili Cahangir Hüseynov səsləndirib. O bildirib ki, bu pozucu fəaliyyət və Vardanyanın Qarabağa gəlməsində Rusiyanın əli var. Sabiq millət vəkili onu da qeyd edib ki, indi ermənilər Qərb, Rusiyadan daha çox İrandan dəstək alırlar. Cahangir Hüseynov bu ərəfədə İranda bir aydan artıqdır ki, davam edən etiraz aksiyalarına da toxunaraq Güneydəki soydaşlarımıza dəstək nümayiş etdirilməsinin vacibliyini bildirib:

“Hesab edirəm ki, hər bir azərbaycanlı, siyasi partiyalar, ictimai birliklər, mədəniyyət işçilərimiz artıq öz sözlərini deməli, cənubdakı soydaşlarımızın hüquqlarının tanınması, onların muxtariyyət əldə etmələrinə dəstəyimizi göstərməliyik. Bu işdə hamımız bir olmalıyıq. İranda yaşayan bütün xalqlara azadlıq, demokratik hüquqlar verilməli və İran bu rejimdən azad olmalıdır”.



Anar
Xəbəri paylaş