Türkiyə Xarici İşlər Nazirliyi 8 Noyabr - Zəfər Günü münasibəti ilə Azərbaycanı təbrik edib.
Newscenter.az xəbər verir ki, bu barədə nazirliyin rəsmi tviter hesabında paylaşım edilib.
"İşğal altındakı torpaqlarını qəhrəmancasına verilən bir mücadilə nəticəsində azad edən qardaş Azərbaycanı 8 Noyabr - Zəfər Günü təbrik edirik. Azərbaycan Ordusunun bu tarixi zəfəri bütün bölgədə davamlı sülh və əmin-amanlıq ümidlərinin yaranmasına səbəb olub. Türkiyə işğaldan azad olunan ərazilərin yenidən qurulması və inkişafı da daxil olmaqla Cənubi Qafqazda təhlükəsizliyin, sabitliyin və əməkdaşlığın artırılması üçün Azərbaycan ilə həmrəylik və koordinasiya şəraitində fəaliyyət göstərməyə davam edəcək", - paylaşımda bildirilib.