Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vaqif Abdullayev yazır: ZƏFƏR BAYRAĞIMIZ

Vaqif Abdullayev yazır: ZƏFƏR BAYRAĞIMIZ


Bayraq hər bir Xalqın müqəddəs rəmzi, Zəfər simvoludur.

Ulu öndər Heydər Əliyev 1990-cı il noyabrın 17-də Üçrəngli Dövlət Bayrağımızı Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq etməklə müstəqil Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanıtmışdır.

30 ildən artıqdır ki, müstəqil dövlətimizin müqəddəs rəmzi olan bayrağımız beynəlxalq və regional təşkilatların önündə milli varlığımızın, dövlətimizin mövcudluğunun, suverenliyimizin əbədi simvolu kimi əzəmətlə dalğalanır.
Bayraq hər bir xalqın Milli Qürur və Ləyaqət mənbəyidir. Cənab İlham Əliyev işğal altında olan torpaqlarımızı azad edərək, ərazi bütövlüyümüzü təmin edərək Milli Qürurumuzu və Ləyaqətimizi bərpa etdi.

Zəfər Bayrağımız 2 il əvvəl Azadlıq meydanına gətirilərək Hərbi paradda nümayiş etdirildi.

Ali Baş Komandanımız Zəfər Bayrağını ucaltmaqla Azərbaycanı Bütövləşdirdi.

Bu gün Şuşada, Zəngilanda, Bala Göyçədə, bütün Qarabağ və Şərqi-Zəngəzurda Üçrəngli Bayrağımız dalğalanır.
Bayrağımız indi Göyçədən, Zəngəzurdan daha aydın görünür.

Bu gün Xudaəfrin körpüsü üzərində, Araz çayının yüz kilometrlərlə hüdudlarında Bayrağımız ucalıb.
Üçrəngli Bayrağımız Arazın o tayında 40 milyonluq soydaşımıza indi bir Nəfəs qədər yaxındır, Cənubdakı Azərbaycanın ürəyi də Bu Bayrağın Hilalı və Vətənin eşqi ilə döyünür.

50 milyonluq Azərbaycanlı bu gün Milli Qürur və Ləyaqətlə öz Bayrağı ətrafında sıx birləşib.
Zəfər Bayrağımız 50 milyonu Birləşdirir.

Tanrı 50 milyonluq xalqımızın Bütövlüyünü qorusun.

Əziz həmvətənlər hər birinizin Bu Müqəddəs Bayramını təbrik edirəm!

Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki
Xəbəri paylaş