Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistanın kompromisdən, sülh müqaviıəsi imzalamaqdan yayınması həm də xarici amillərlə bağlıdır

Ermənistanın kompromisdən, sülh müqaviıəsi imzalamaqdan yayınması həm də xarici amillərlə bağlıdır


"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Zəfər Günü ilə bağlı Şuşada keçirilən tədbirdə çıxışı və etdiyi xəbərdarlıqlardan ümid edirəm ki, həm Ermənistan, həm də onun havadarları ciddi nəticə çıxaracaqlar və çıxarmalıdırlar da. Əks halda bu Ermənistan dövləti və erməni xalqı üçün daha fəlakətli nəticələrə gətirib çıxara bilər".

Newscenter.az xəbər verir ki, bu fikirləri "OLAYLAR"-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı səsləndirib. O bildirib ki, Vətən müharibəsindən əvvəl də Azərbaycan Prezidenti dəfələrlə beynəlxalq tribunalardan Ermənistana xəbərdarlıq etmiş, onu işğala son qoymağı çağırmışdı: "Lakin Ermənistan hakimiyyəti Azərbaycanın dövlət başçısının xəbərdarlıqlarını ciddiyə almamışdı. Nəticə etibarilə 44 günlük Vətən müharibəsi və Ermənistanın "Dəmir Yumruq"la üzləşməsi qaçılmaz oldu".

İctimai Birlik sədri hesab edir ki, Ermənistanın kompromisdən, sülh müqaviıəsi imzalamaqdan yayınması həm də xarici amillərlə bağlıdır. Onun sözlərinə görə, işğalçı ölkənin xaricdəki havadarları, Ermənistanı himayə edən ölkələr ciddi cəhdlə sülh müqaviıəsinin imzalanmasına mane olur, regionda sabitliyin, təhlükəsizliyin yaranmasına qarşı çıxırlar:

"Elə dövlət başçısı da Şuşada çıxışı zamanı bu məqama toxundu və Ermənistanın havadarlarına xəbərdarlığını etdi. Cənab Prezident haqlı olaraq bildirdi ki, erməni xalqı obyektiv həqiqəti anlamalıdır ki, xaricdə oturan və bu bölgəyə bir oyun meydançası kimi baxmaq istəyən dairələrin qurbanına ikinci dəfə çevrilməsinlər".
Xəbəri paylaş