Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri niyə ağlaşma qurur?

Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri niyə ağlaşma qurur?


Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Moskvaya səfərindən sonra yenidən timsah göz yaşları tökərək Rusiyaya qarşı bəyanat səsləndirib:

“Rusiya Soçi bəyanatına "Dağlıq Qarabağ"ın adının daxil ediləcəyinə söz verdi, lakin bunu etmədi. Biz sülhməramlıların yerləşdirilməsi ilə bağlı da aydın şəkildə bildirmək istəyirdik ki, Dağlıq Qarabağda sülhməramlılar yerləşdirilir, lakin məlum oldu ki, bu da Soçidəki yekun bəyanatda yer tapmadı. Ermənistan bir çox cəhətdən tənhadır".

Əgər Ermənistanın təklifləri Soçi sənədində əksini tapmırdısa, Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın şefi olan baş nazir Paşinyan niyə bu sənədi imzalayırdı? Nikolun cəsarəti çatırdısa, "Şərtlərimi qəbul etmirsinizsə, mən də sənədi imzalamıram" deyə bilərdi.
Əgər Nikolun bunu deməyə bir yeri çatmayıbsa, əvvəllər olduğu kimi bu dəfə də quzu balası kimi ona verilən sənədə böyük məmnuniyyətlə imza atıbsa, o zaman Ermənistan Təhlükəsizlik Şurasının rəhbəri niyə ağlaşma qurur?

Ermənistan hakimiyyətində təmsil olunanların bir çoxunun fəaliyyətində sağlam məntiq tapmaq doğrudan da çətin məsələdir. Deyəsən ermənilər bu dəfə Armen Qriqoryanı döyəcəklər.

Ədalət Verdiyev-hərbi ekspert
Xəbəri paylaş