Səmərqənddə Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında görüş keçirilir.
Newscenter.az-ın məlumatına görə, “Report” Özbəkistan Prezidentinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, iki dövlət başçısı arasında görüş Türk Dövlətləri Təşkilatının (TDT) sammiti çərçivəsində təşkil olunub.
Görüş zamanı dövlət başçılarının avtomobil, kənd təsərrüfatı, enerji sektoru, kimya və neft-qaz sənayesi sahələrində əməkdaşlıq layihələrini müzakirə etməsi planlaşdırılır.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə iştirak etmək üçün noyabrın 10-da Özbəkistan Respublikasına səfərə gedib.