Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ İran təhdidində Azərbaycanın yanındadır

ABŞ İran təhdidində Azərbaycanın yanındadır


ABŞ Dövlət Departamenti sözçüsü, Ned Prays mətbuat konfransında belə mövqe səsləndirib:

“İran Azərbaycan kimi qonşu ölkələrə qarşı öz ritorikasını gücləndirir. Onlar son vaxtlar Bakını hədələyir. Azərbaycanı İran ərazisində hansısa terror aktı törətməkdə ittiham edən bəyanatlar da hazırlanıb”. Azərbaycanı İran həmlələrindən müdafiədə dəstəyə hazırsınızmı sualına cavabı:

“Bu həftənin əvvəli azərbaycanlı həmkarlar ilə görüş imkanımız olub. İranın region üçün açıq təhlükə olduğunu bildirdik. Biz tərəfdaşlarımız yanında olmaq, onları dəstəkləməyə, nəticədə İranın regionda və bəlkə də regiondan kənarda yürütdüyü təcavüzkar siyasətə qarşı tədbirlər görməyə hazırıq və bu yönlü davam edəcəyik”.

Avropa Birliyinin, Türk Birliyinin, qardaş Türkiyə və yaxın dost İsrailin də bu məsələdə tamamilə Azərbaycanın yanında olduğunu nəzərə alsaq, İranla 30 illik münasibətlərdə demək olar, yeni, inqilabi dönüş başlanır. Yəni, 90-cı illərin əvvəli, Rusiya-İran-Ermənistan 3-lüyünün birləşərək Azərbaycanı tələyə salıb, işğala uğradlb zəif və sıxıntılı duruma yendiyi çətin andan bəri, İranın bizim Azərbaycanın üzərindəki təsir və təhdid siyasəti dövrünə son verilir və tarixin zibilliyinə atılır. Bu gün Azərbaycanın İrana qarşı duracaq hərbi gücü də, dövlət möhkəmliyi və xalq birliyi də, regional və beynəlxalq dəstəyi də bəs edir.

Üstəlik, Azərbaycanın, onun milli vətənpərvər xalqının İrandakı azərbaycanlı soydaşlarımızın azadlığı üçün dəstək gücü də kifayət qədərdir. İran molla rejimi bu neçə illər Azərbaycana və eynilə də, nahəng Güneyli milli toplumumuza, Təbrizə qarşı etdiyi pisliklərin qarşılığını almalı.

İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri
Xəbəri paylaş