Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Beynəlxalq Qarabağ Forumu müstəqil təşkilata çevriləcəK

Beynəlxalq Qarabağ Forumu müstəqil təşkilata çevriləcəK


Beynəlxalq Qarabağ Forumunun üzvləri noyabr toplantısında təşkilatın ay ərzində gördüyü işləri müzakirə edib.

Newscenter.az xəbər verir ki, iclasın moderatoru Şamil Mehdi ilk sözü forumun koordinatoru Akif Nağıya verib. A.Nağı forumun təşəbbüsü və təşkiılatçılığı ilə keçirilmiş “Arsak: tarix və müasirlik” konfransının materiallarının dərc olunduğu eyni adlı kitabın təqdimat mərasimi barədə məlumat verib və bildirib ki, kitab elmi ictimaiyyət tərəfindən ciddi mənbə kimi qarşılanıb. Hazırda kitabın kitabxanalara paylanması və dünya ermənişünaslarının diqqətinə çatdırılması prosesi gedir.

Türkiyənin Ərzrum Universitetinin müəllimi Gursoy Solmaz Ərzrum şəhərində yaradılmış “Azərbaycan Evi”nin fəaliyyəti barədə danışıb, universitetdə təhsil alan 300-ə yaxın azərbaycanlı tələbənin qardaş ölkə cəmiyyətinə qaynayıb-qarışması istiqamətində keçirilən tədbirlərin əhəmiyyətini qeyd edib. İğdır şəhərinin bələdiyyə başkanı Ziya Zakir Acar Türkiyə-Azərbaycan qardaşlığının inkişafında mədəni proqramların böyük rol oynadığını qeyd etməklə birgə təşkil olunan tədbirlərdən, onun dəvətilə Azərbaycanın sənət adamlarının Türkiyənin İğdır vilayətinə səfərlərindən bəhs edib.

Toplantıda beynəlxalq siyasi durumdan danışarkən Rusiyadan professor Kamran Rüstəmov mürəkkəb şəraitin yarandığını qeyd edib. O bildirib ki, Soçi şəhərində keçirilən üçtərəfli görüşdə 2020-ci il noyabr bəyannaməsinə istinad edilməsi müsbət hal olsa da, hələ ki, Qərb və Rusiya arasındakı geostrateji mübarizənin kəskinləşməsi Qarabağın başı üzərində təhlükənin qalmaqda olduğunu göstərir.

Ötən toplantıda olduğu kimi bu dəfə də Azərbaycandan Türkiyəyə tədbirə dəvət alan sənət adamlarının sərhədi keçəndə problem yaşadıqları qeyd olunub. Üstəlik, türk iş adamlarının Şuşaya səfər istəklərinin reallaşdırılması proseduru haqda Türkiyə tərəfindən sorğu bildirilib. Çünki, həmin iş adamları işğaldan azad edilmiş yerlərə investisiya yatırmaq imkanına malikdirlər.

Toplantının cari məsələlər bölümündə Akif Nağı BQF-nin keçdiyi inkişaf yolundan danışaraq səmərəli təklif verib: Beynəlxalq Qarabağ Forumu artıq müstəqil fəaliyyət göstərmək üçün lazımı resurslara malikdir və buna görə də onun qeyri-hökumət təşkilatı statusunda rəsmi qeydiyyatdan keçirilməsi işin səmərəliliyini artırar. Təklif müzakirə olunaraq qəbul edildi və sənədlərin hazırlanaraq Ədliyyə Nazirliyinə təqdim olunması qərara alındı. Təşkilatın xarici ölkələrdəki nümayəndəlikləri də həmin ölkələrdə ayrıca qurum kimi qeydiyyatdan keçməyə qərar verdilər.

Anar
Xəbəri paylaş