Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Biləsuvarda su kəmərində qəza olub, şəhərə suyun verilişi dayandırılıb

Biləsuvarda su kəmərində qəza olub, şəhərə suyun verilişi dayandırılıb


Biləsuvarda su kəmərində qəza baş verib, şəhərin su təchizatında problemlər yaranıb.

Newscenter.az bildirir ki, "Report"un Muğan bürosunun xəbərinə görə, qəza ilə əlaqədar olaraq şəhər ərazisində suyun verilişi dayandırılıb.

"Azərsu" ASC-nin Biləsuvar Rayon Su Kanal İdarəsindən "Report"a bildirilib ki, şəhərin su təchizatında müvəqqəti fasilə yaranıb.

Qeyd olunub ki, buna səbəb şəhəri içməli su ilə təchiz edən mərkəzi boru kəmərində qəzanın baş verməsidir: "Nəticədə şəhərin su təsərrüfatında saat 13:00-dan saat 21:00-dək müvəqqəti fasilə yaranıb. Hazırda qəzanın aradan qaldırılması üçün zəruri tədbirlər həyata keçirilir".
Xəbəri paylaş