Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Laçın dəhlizi ilə bağlı müəyyən təsirli tədbirlər həyata keçirməliyik

Laçın dəhlizi ilə bağlı müəyyən təsirli tədbirlər həyata keçirməliyik


“Ermənistanın Baş naziri Nikol Paşinyanın fikirləri nəinki dövlət başçısına, heç sadə insanların da əxlaqına uyğun deyil. Bu, tam siyasi əxlaqsızlıqdan irəli gəlir. Şantaj, heç bir əsası olmayan fikirlər... Azərbaycan 30 il ərzində ermənilərdən fərqli olaraq heç bir soyqırımı həyata keçirmədi. Nəinki soyqırımı, müharibə dövründə mülki erməni vətəndaşlarına belə atəş açmadı. Soyqırımı, insan qətllərini törətmək Paşinyana və Paşinyanın mənsub olduğu millətə xas olan bir xüsusiyyətdir. Belə bir absurd, cəfəng fikirləri səsləndirmək heç bir dövlət başçısına, siyasətçiyə nüfuz gətirmir. Azərbaycanın Ermənistanla münasibətdə qaldırdığı bütün məsələlər, problemlər beynəlxalq hüququn norma və prinsiplərinə uyğundur, haqq-ədalətə söykənir. Azərbaycan Laçın dəhlizinin bağlanmasını istəsəydi, həmin an bağlayardı”.

Newscenter.az xəbər verir ki, bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Nəsib Məhəməliyev Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanın Qarabağda guya soyqırımı planlaşdırdığı ilə bağlı iddialarına münasibət bildirərkən deyib.

Deputat vurğulayıb ki, əksinə, Azərbaycan Laçın dəhlizindən Qarabağda məskunlaşmış ermənilərin normal gediş-gəlişini təmin etmək üçün ən yüksək standartlara cavab verən yeni yol çəkir: “Ermənistan isə Azərbaycandan fərqli olaraq, özünün də imzaladığı üçtərəfli razılaşmalarda üzərinə götürdüyü Zəngəzur dəhlizini açmaq öhdəliyindən imtina edir. Budur fərq! Yoxsa şantaj, böhtan... Guya Azərbaycan Qarabağda soyqırımı törətmək istəyir. Soruşarlar ki, ay alçaq, vicdansız, indiyə qədər Azərbaycan soyqırımı törədib? Bəs müharibə dövründə cəbhədən uzaqda yerləşən Gəncəni, Naftalanı, Tərtəri, Goranboyu, Mingəçeviri qadağan olunmuş silahlarla atəşə tutan, “İsgəndər” raketini, ballistik raketləri atan Ermənistan deyildi? Ona görə də Paşinyanın bu cür cəfəng fikirlərini heç kim ciddi qəbul etməyəcək. Paşinyanın bəyanatları bir daha göstərir ki, o, qeyri-ciddi adamdır, bu gün dediklərini sabah təkzib edir. Diasporun, lobbi təşkilatlarının təsiri altında heç özü də bilmir, nə edir, hansı siyasəti aparır. Bu, Paşinyanın və ermənilərin xislətindən, mahiyyətindən irəli gəlir. Ermənistan Zəngəzur dəhlizini açmayacağı halda, biz Laçın dəhlizini nəzarətə götürməliyik, ordan keçən ermənilər tam nəzarətdə olmalıdır. Qarabağda yaşamayan, Azərbaycan vətəndaşlığını qəbul etməyən insanlar Azərbaycanın qanunlarına uyğun şəkildə ora keçə bilərlər. Hesab edirəm, Laçın dəhlizi ilə bağlı müəyyən təsirli tədbirlər həyata keçirməliyik”.
Xəbəri paylaş