Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Nərimanov rayonunda daha bir küçə təmir olunub

Nərimanov rayonunda daha bir küçə təmir olunub


Vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə Nərimanov rayonunda cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq 1620 metr uzunluğa malik Məsud Əlizadə küçəsinin təmiri yekunlaşıb.

Newscenter.az xəbər verir ki, təmir çərçivəsində küçəboyu frezlənmə, piyada səkilərinin bərpası, səki daşlarının yenilənməsi işləri aparılıb, küçəyə 1435 p/m yeni səki daşları düzülüb. Daha sonra küçəyə yeni asfalt-beton örtüyünü döşənib.

Cari ildə Nərimanov rayonu üzrə təmir olunan küçələrin ümumi uzunluğu 7.6 km təşkil edir.

Xatırladaq ki, 2021-ci ildə “İnvestisiya Proqramı”na uyğun olaraq Nərimanov rayonu üzrə ümumi uzunluğu 11 km-dən çox olan 15-dən artıq küçə təmir olunub.
Xəbəri paylaş