Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türk Dövlətləri Təşkilatı artiq beynəlxalq səviyyədə seçilən, söz sahibi olan qurumlardan birinə cevrilib

Türk Dövlətləri Təşkilatı artiq beynəlxalq səviyyədə seçilən, söz sahibi olan qurumlardan birinə cevrilib


“Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşü türk respublikaları arasında əlaqələrin, qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi, əlaqələrin yeni bir mərhələyə qədəm qoyması baxımından əhəmiyyətli olacaq”.

Newscenter.az xəbər verir ki, belə bir açıqlama ilə çıxış edən Milli Məclisin deputatı İqbal Məmmədov deyib ki, Türk Dövlətləri Təşkilatının daha çevik, mütəşəkkil bir quruma çevrilməsində hər bir türk respublikası kimi Azərbaycanın da xüsusi payı və yeri var:

”Məhz Azərbaycanın təşkilatçılığı ilə 2009-cu ildə Naxçıvan Muxtar Respublikasında keçirilən zirvə görüşündən sonra bu təşkilatın fəaliyyətində bir qədər də aktivlik, fəallıq müşahidə edilməyə başlandı, böyük bir inkişaf yolu keçdi. Nəticə etibarilə Türk Dövlətləri Təşkilatı təkcə türk respublikaları deyil, eləcə də bu coğrafiyaya daxil olan digər topluluq və qurumları, muxtar respublikaları ilə əlaqələri inkişaf etdirdi. İndiki vəziyyətdə həmin topluluq və qurumlar, muxtar respublikaların təşkilata cəlb edilməsi artıq zərurətə çevrilib. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev də Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə çıxışı zamanı bu məqama xüsusi diqqət çəkərək bildirdi ki, Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir: “Hesab edirəm ki, Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır”.

Millət vəkilinin sözlərinə görə, sevindirici haldir ki, təşkilat artiq beynəlxalq səviyyədə seçilən, söz sahibi olan qurumlardan birinə cevrilib.

Anar
Xəbəri paylaş