Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xankəndində banlayan Ruben Şuşada eşidilir-VAQİF ABDULLAYEV YAZIR

Xankəndində banlayan Ruben Şuşada eşidilir-VAQİF ABDULLAYEV YAZIR


Beynəlxalq trans-milli cinayətkar dəstənin üzvü olan erməni milyarder Ruben Vardanyanın Moskvanın xeyir-duası ilə Xankəndində qondarma rejimin “dövlət naziri təyin edilməsindən” sonra erməni separatçılarının fəallığını müşahidə etməkdəyik. Onun Qarabağda banlamasının məqsədi də terrorçu rejimin “canlanmasına” kömək etmək, himayədarlarının köməyi ilə guya status əldə edilməsinə nail olmaqdır.

Vardanyanın Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında “at oynatması” və Azərbaycanın suverenliyinə qarşı təhdidlərlə çıxış etməsi, əlbəttə ki, Azərbaycan dövlətinin beynəlxalq hüququn normalarına uyğun olaraq zəruri anti-terror əməliyyatları aparmasına səbəb ola bilər.

Cənab Ali Baş Komandan İlham Əliyev Şuşada Zəfər Gününün 2-ci ildönümü münasibətilə erməni terrorizminin nümayəndələrinə ünvanladığı “Əgər yenə də nəsə banlasalar, cavablarını verərəm” mesajı da məhz Vardanyana və himayədarlarına aiddir.

Biz Vardanyanı banan alverçisi kimi tanısaq da, əslində bu adam narkotika və qanunsuz silah alverçisi kimi məşhurdur. Korrupsiyaya və Mütəşəkkil Cinayətkarlığa qarşı Jurnalistika Layihəsi (OCCRP) 2019-cu ildə açıqladığı hesabatda onun fəaliyyətinə toxunaraq 9 milyard dollarlıq qanunsuz vəsaitlərin dövriyyəsində iştirakını təsdiqləyib. Vardanyan “Troyka pulyuyan maşını” kimi təqdim edilən cinayətkar sxemdə əsas oyunçu kimi qeyd edilib.

Sözsüz ki, Vardanyan 30 illik işğal dövründə Qarabağın təbii resurslarının talanıb daşınmasında, bu bölgədə narkotika becərilməsində, qanunsuz silah daşınmasında xüsusi rol oynayıb. O, bu ağır cinayətləri və talanları ortağı əslən Livanlı, paralel şəkildə Kanada , ABŞ vətəndaşılığı daşıyan milyader erməni Nubar Afoyanla müştərək həyata keçirib. Bu cütlük həm də işğal altında olan Azərbaycan torpaqlarının qeyri-qanunu məskunlaşdırılmasında aktiv iştirak ediblər. Suriya və Livandan erməni ailələrinin köçürülüb Qarabağda yerləşdirilməsi prosesinə potranajlıq ediblər.

Azərbaycan hökuməti hazırda Qarabağın maddi-mədəni sərvətlərinin talanması faktı üzrə cinayət materilarını araşdırmaqdadır. Şübhə yoxdur ki, bu talançılıqda Vardanyanın əməlləri də sübuta yetiriləcək və onun beynəlxalq məhkəmə qarşısında cavab verilməsi tələb olunacaq.

Ona görə də beynəlxalq təşkilatlar, ABŞ-ın Terrorla Mübarizə üzrə Agentliyi, Avropa Komissiyasının çirkli pulların yuyulmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə təşkilatı Ruben Vardanyanın fəaliyyətini dərindən araşdırmalı, barəsində lazımi ölçü götürməlidir.

Əgər beynəlxalq təşkilatlar Qarabağ münaqişəsinin həllində aldadıcı hərəkətlərlə vaxt uzadan Minsk Qrupu kimi davranacaqsa, Azərbaycanın Ali Baş Komandanı 44 günlük Zəfərlə Azərbaycanın ərazi bütövlüyünü və beynəlxaql hüququ təmin etdiyi kimi bu dəfə də cinayətkar Vardanyanın öz layiqli cəzasını almasını özü təkbaşına həll edəcək.
Atalarımızın bir müdrik söz vardır, vaxtsız banlayan xoruzun başını kəsərlər.


Vaqif Abdullayev-siyasi elmlər doktoru, professor, Gürcüstan Beynəlxal münasibətlər və politologiya Akademiyasının akademiki
Xəbəri paylaş