Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Argentinada "Şuşa İli" ilə bağlı tədbir keçirilib-FOTOLAR

Argentinada "Şuşa İli" ilə bağlı tədbir keçirilib-FOTOLAR


Azərbaycanın Argentinadakı səfirliyinin təşkilatçılığı ilə bu ölkənin paytaxtı Buenes-Ayres şəhərində "Şuşa İli"nə həsr olunmuş tədbir keçirilib.

Newscenter.az xəbər verir ki, tədbirdə çıxış edən səfir Rəmzi Teymurov Şuşanın tarixi, işğal illərinin vurduğu ağır zərbələr, eləcə də 44 günlük Vətən müharibəsindəki tarixi Zəfərimiz haqqında iştirakçılara geniş məlumat verib.

Rəmzi Teymurov Vətən müharibəsi nəticəsində Azərbaycanın mədəniyyət paytaxtı sayılan Şuşanın düşmən işğalından azad edilərək öz əzəli sahiblərinə qaytarıldığını diqqətə çatdırıb.

Səfir həmçinin, Azərbaycan və Argentina arasında münasibətlərin perspektivindən və bu istiqamətdəki gözləntilərdən də danışıb.



Anar
Xəbəri paylaş