Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Farslarln davranışı onların gələcək dövlət taleyini Azərbaycandan asılı edib

Farslarln davranışı onların gələcək dövlət  taleyini Azərbaycandan asılı edib


Tehran dövləti ilə Azərbaycan Respublikası arasında münasibətlər gərginləşməsi davam edir və sözsüz ki, bu gərginliyin mənbəyi farsların azərbaycanlılara, ümumən türk etnosuna qarşı tarixi və genetik düşmənçiliuidir. Müşahidə olunan gərginlik əslində farsların son iki əsrdən çox davamlı olaraq azərbaycanlılara və Azərbaycan dövlətçiliyinə qarşı etdiyi bütün mümkün təzyiq və təhdidlərə güclənmiş Azərbaycan dövlətinin adekvat cavabıdır. Fars millətçiliyinin təbii ki, Azərbaycan, türk qorxusu onun saxta daha doğrusu oğurladığı, mənimsədiyi türk tarixinə söykənir. Tarix boyu farsların dövlətçilik anlayışında türk hakimliyi durur, fars tarixində və onun indi dünyaya təqdim etdiyi dövlətçilyinin özəyində həmişə türk hökmranlığı olmuşdur. Saray və dövlət dilinin türk dili olması, hökmdarlarının və hakim sülalələrin türk mənşəyi farsların genetik türk düşmənçiliyinin əsasıdır. Hətta Tehran dövlətinin molla rejiminin indiki rəhbəri də məhz Azərbaycan türküdür. Türklər farslar üçün düşməndən də çox qorxunc tərəfdir.

Müasir dünyanın və regionun ən qüdrətli dövlətlərindən birinə çevrilmiş Azərbaycan dövləti ilə Tehran dövlətinin ayaqlaşması sözsüz ki, mümkünsüzdür. 90-cı illərdə Ermənistanın Azərbaycan torpaqlarının işğalında xüsusi xidməti və bu işğalı az qala 30 il müddətdə işğalda saxlanılmasında böyük rolu olan Tehran dövləti hətta 44 günlük müharibədən də sonra Azərbaycan düşmənçiliyindən əl çəkmədi, Tehran dövləti daha önə gedərək Ermənistanı özünün qırmızı xətti olduğunu və nəhayət Qərbi Zəngəzirda, Qafanda öz konsulluğunu açaraq Azərbaycana qarşı mübarizəyə açıq müstəviyə keçdi. Son 30 ildə əsl mahiyyəti və düşmənçiliyini riyakarcasına maskalamağa çalışan Tehran dövlətinin öz maskasını cırmağı və açıq siyasi-diplomatik, hərbi düşmənçiliyini nümayiş etdirməyi sözsüz ki, Şimali Azərbaycan Respublikasının əlini-qolunu açdı. Tehran dövlətinin köhnə hərbi texnikalarla və çəlimsiz sepahçılarla Araz çayı boyunca keçirdiyi təlimlərə dünyanın 1 nömrəli Azərbaycan Xüsusi Təyinatların təlimlərini aldı, Azərbaycanda arxalandığı xain və satqın şəbəkəsinin ifşasını gördü, illərlə cavabsız qalan informasiya təbliğatına qarşı Azərbaycanın informasiya maşını işə düşdü.

Azərbaycan prezidenti İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) sədrini qəbul edərkən Cənubi Azərbaycanda yaşayan 40 milyon azərbaycanlılara arxa duracağı və Özbəkistanda TDT-nin sammitində Tehran dövlətinə yönəldilmiş azərbaycanlıların hüquqlarının müdafiəsi barədə açıqlamaları Tehran dövləti və onun molla rejimini əsaslı təşvişə salıb. İki aya yaxın Tehran dövlətində səngiməyən və güya "polis özbaşınalığı"ndan vüsət alan ixtişaşlar artıq siyasi müstəviyə keçib və orada olan yerli xalqların istiqlal tələbləri, milli azadlıq hərəkatı qarşısıalınmaz həddi ötüb. Cənubi Azərbaycan əhalisinin və xüsusən də inqilablar beşiyi Təbrizin proseslərə daha öncül sıra alması Tehran dövləti üçün çox böyük sınaq vəd edir və aksioma şəklində bəllidir ki, Tehran dövlətini dağılması azərbaycanlılardan asılı olan şərtdir.

Qeyd edilən şərt əsas faktor olaraq Tehran dövlətinin gələcək taleyini müəyyən edir və fars molla rejiminin bütün problemlərini kənara qoyub Şimali Azərbaycan Respublikası ilə faktiki olaraq ölüm-qalım müharibəsi aparır hərçənd ki, Tehran dövləti özü daha doğrusu onun son 30 illik səngiməyən Azərbaycan düşmənçiliyi indiki fars Tehran dövlətinin ölüm-qalım vəziyyətini yaradıb.

Baxmayaraq ki, Tehran dövləti təklikdə belə Şimali Azərbaycan Respublikasına qarşı hərbi baxımından heç bir şansa malik olmadığını anlayır, ancaq aqressiv ritorikadan və təhdidlərindən də əl çəkmir. Molla rejimi elə bir vəziyyət yaradıb ki, ABŞ-ı da İrana qarşı Azərbaycanı dəstəkləyəcəyini rəsmi şəkildə bəyan etdi. Azərbaycanın təbii, sədaqətli və etibarlı müttəfiqləri Türkiyə, Pakistan, İsrail başda olmaqla bütün dünyanın Tehran dövlətinə qarşı olduğu halda fars molla rejiminin qurduğu Tehran dövlətinin mövcudluğunun davamı mümkünsüzdür.

Rəsmi Tehran əgər xilas olmaq istəyirsə Azərbaycan, türk düşmənçiliyindən əl çəkməli, səhvlərinə görə əl-ayağa düşüb yalvarmalıdır, onsuz da əl və ayaq öpmək tarixən milli xislətinə uyğun vərdişidir. Tehran dövləti heç şübhəsiz ki, Zəngəzur dəhlizinin açılmasına, Ermənistanla sərhədlərin Azərbaycanın istədiyi kimi delimitasiyasına, sülh müqaviləsinə mane olmaq iqtidarında deyil və ən əsası da bu dövlət bilməlidir ki, Cənubi Azərbaycanın istiqlalı tarixi zərurətdir, Bütöv Azərbaycan isə yaxın gələcəkdir. yaşayacağımız mütləq yeni tarix olacaqdır. Farslarln indiki davranışı onların gələcək dövlətinin taleyini, sərhədlərini Azərbaycan xalqının istəyindən asılı edib.

Vüqar Dadaşov
Qarabağ qazisi, hüquqşünas
Xəbəri paylaş