İran məğlubiyyətini bilə-bilə Azərbaycana mənasız hücum gedişini edəcək. Artıq İran "domino oynunda" daşlarını atmağa məcbur qalır.
Newscenter.az xəbər verir ki, bu fikirləri tarixçi Rəfail Eminov səsləndirib. O bildirib ki, İranın mümkün "raket hücumu" Azərbaycan infrastrukturuna heç bir ziyan vura bilməyəcək:
"Piyadaların hərəkəti isə ilk gündəcə məğlubiyyətə səbəb olaraq 3 şəhərini (Culfa, Parsabad və Astara) sərhəddə itirmələrinə gətirib çıxaracaq ki, bu da İran ordusu haqqında daxillərindəki mif təbliğatlnı alt-üst etməklə rejimlərinə, onun nüfuzuna ağır psixoloji zərbə vurmuş olacaq".
Tarixçi Türk Dövlətləri Təşkilatının Zirvə görüşündə Azərbaycan Prezidentinin Güneydəki azərbaycanlılarla bağlı səsləndirdiyi fikirlərə də toxunub və bunu təqdir edib:
"Türk dövlətlərinin Zirvə toplantısında Ali Baş Komandan qəti mövqe ortaya qoyub sözünü deyib. Bu nitq onu deməyə əsas verir ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev 40 milyon soydaşımızın, İranda ana dilində təhsil almasına nail olmaq uğrunda açıq mübarizəyə başlaylb. Tələb yerinə yetirilsə İranın bir türk dövlətinə çevrilməsinə səbəb olar. İran rejimi buna tarixində getməyib, getməyəcək".
Anar